Tanınmış jurnalist, “Azadlıq” qəzetinin sabiq baş redaktoru , Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli Azərbaycandadır. Bu haqda “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sosial şəbəkədəki statusunda G.Tahirli ilə çəkdirdiyi şəkli paylaşaraq xəbər verib. Hər iki baş redaktor hazırda Şamaxıda keçirilən “Mirzə Ələkbər Sabir -155” tədbirində iştirak edirlər.
G.Tahirli bildirib ki, bu gün günorta saatlarında Bakıya gələcək. O, səfərinin şəxsi işləri ilə bağlı olduğunu deyib. Jurnalist hazırda Şamaxıda keçirilən Sabir poeziya günlərində iştirak etdiyini vurğulayıb. Qeyd edək ki, G.Tahirli hazırda Amerikanın Vaşinqton şəhərində yaşayır.