Martın 28-dən etibarən koronovirus infeksiyasına qarşı tədbirlər çərçivəsində avtomobillərin və vətəndaşların küçələrdə hərəkəti qadağan edilib. Məhdudiyyət həmin gün saat 06.00-dan etibarən qüvvəyə minəcək və xidməti, təcili yardım, FHN, hərbi, ərzaq daşıyan avtomobillər istisna təşkil edəcək. Tələblərə əməl etməyənlərə qarşı ciddi tədbirlərin görüləcəyi bildirilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən Teymur Hacıyev rayon polis idarələrinə telefonoqram göndərib. Hətta bununla bağlı olaraq Bakı şəhərində polis tərəfindən elanlar da verilib.