Şahidlərin müşahidəsinə görə ofisdən aşkar edilən əşyaların yeri öncədən məlum olub.
Sentyabrın 18-də hazırda həbsdə olan hüquq müdafiəçisi QHT rəhbəri Elçin Məmmədin cinayət işi üzrə məhkəmə prosesi davam edib.Sumqayıt şəhər məhkəməsində baş tutan prosesə hakim Pərviz Hacıyev sədrlik edib.Həmin gün hüquq müdafiəçisinin rəhbəri olduğu ofisində aparılan axtarış zamanı fəallığı ilə seçilən 1 – ci polis bölməsinin rəisi Azər Əhmədov şəhər polis idarəsinin şöbə rəisi Haxverdi Zeynalov və digər polis əməkdaşları ifadə verməli idi.Lakin məlum olmayan səbəblərdən iştirak etməyiblər.
Qeyd edək ki, məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb və Elçin Məmməd məsələ ilə əlaqədar Məhkəmə Hüquq Şurasına müraciət edib.
Həmin gün məhkəmə iki digər şahidlərin ifadəsi ilə davam edib.Ofisin axtarış prosesində iştirak hal şahidləri Arazxan Seyfullayev və Münasib Rüstəmov bildiriblər ki , ofisə yaxın qonşuluqda qalırlar və onlar artarışda iştirak etmək üçün polis müşahidəsi altında ofisə gətirilən Elçin Məmmədin dəvəti ilə gəliblər.Şahidlər yalnız giriş qapısında dayanaraq axtarış prosesinə baxıblar.Onların sözlərinə görə ofisə on nəfərə yaxın polis əməkdaşları daxil olsa da yalnız bir nəfər axtarış aparırdı.Şahidlər müşahidə ediblər ki , axtarışda fəallıq edən şəxs ” tapılan ” əşyaların yerləşdiyi dolabın bir başa üstünə gedib və onları götürüb.Və digər dolabdan patronlar ” aşkar olunub “. Belə çıxır ki , zinət əşyaları və patronun yeri qabaqcadan məlum olub.
Şahidlər həmçinin bildiriblər ki , Elçin Məmməd bu il keçirilmiş parlament seçkilərində deputatlığa namizəd olub və onun ofisi seçki qərərgahı kimi fəaliyyət göstərib.Buna görə hər gün xeyli sayda insanın toplaşdığı ofisdə oğurluq əşya və ya patronlar saxlamaq absurtdur.Buna baxmayaraq şahidlər hesab edir ki , məhkəmənin ədaləti nəticəsində həqiqətlər meydana çıxacaqdır.Arazxan Seyfullayev və Münasib Rüstəmov onu da qeyd ediblər ki , Elçin Məmmədin müsbət xarakterizə olunan şəxsiyyəti və uğurlu fəaliyyəti onun ittiham olunduğu cinayət əməlini törətdiyini inandırıcı göstərmir.Onlar həmçinin bildiriblər ki , axtarış zamanı müəyyən edilən əşyalarla bağlı yerində hər hansı barmaq izləri götürülməyib və ekspertlər iştirak etməyib. Növbəti məhkəmə prosesi sentyabrın 25 – də hüquq müdafiəçisinin ofisində axtarış aparan polis əməkdaşlarının ifadələri ilə davam etdiriləcək.
Xatırladaq ki , Elçin Məmməd bu ilin mart ayında Aysel Mustafayevanın şikayəti əsasında həbs edilib.Hüquq müdafiəçinə qarşı oğurluq və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb.Elçin Məmməd ittihamları qəbul etmir və hesab edir ki , bütün bunlar Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı yaydığı tənqidi hesabatlara və sosyal şəbəkələrdəki yazılarına qarşı adekvat cavabdır.AMNESTY İNTERNATİONAL təşkilatı ilə yerli hüquq müdafiəçiləri Elçin Məmmədin həbsdən azad olunması üçün səy göstərirlər.
” Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi ” ictimai birliyinin mətbuat xidməti.