HAQQINDA

«Yüksəliş naminə» qəzeti 2005-ci ilin fevral ayında təsis olunub və Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Həmin il martın 20-də qəzetin ilk nömrəsi işıq üzü görüb. 2013-cü ilə qədər qəzet 16 səhifə, hər həftənin çərşənbə günləri, A-3 formatında, 2000 tirajla nəşr olunub və Azərbaycanın bütün bölgələrinə yayım firmaları vasitəsilə, satılmaqla yayılıb.
Qəzetin nəşrə başlamasında qarşıya qoyulan məqsəd Azərbaycanda, xüsusilə də regionlarda  vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstək verməkdir. Qəzetdə Azərbaycanda siyasi vəziyyətlə bağlı məqalələr nəşr edilir və həmin məqalələrdə insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması vəziyyəti, vətəndaşların informasiya əldə etmək imkanları barədə məlumatlar, analatik məqalələr və müsahibələr nəşr edilir. «Yüksəliş naminə» qəzeti Azərbaycanın gələcək inkişafının məhz Qərbə inteqrasiyada olduğunu birmənalı şəkildə təbliğ edir. «Yüksəliş naminə» qəzeti Azərbaycanda yeganə qəzetdir ki, redaksiyası paytaxtdan kənar Sumqayıt şəhərində yerləşməsinə baxmayaraq, bütün ölkə ərazisində yayılır. Oxucular üzləşdikləri sosial problemlər, dövlət orqanları tərəfindən insan hüquqlarının pozulması ilə bağlı redaksiyamıza müraciətlər edirlər.
Qəzetin əməkdaşları 2005-ci ildə Litvada, 2008-ci ildə Türkiyə və Serbiyada, 2010-cu ildə isə Rumıniyada təcrübə mübadiləsi proqramlarında iştirak edib. «Yüksəliş naminə» qəzeti bir sıra beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir. Qəzet fəaliyyətə başladığı dövrdən demokratiya və vətəndaş cəmiyyətinin inkişafına dəstək, insan hüquqlarının müdafiəsi sahəsində, narkomaniya və HİV­/A­İDS təh­lü­kə­si­nə qar­şı bir sıra mühüm layihələr həyata keçirib.
2012-ci ilin martından isə «Yüksəliş naminə» qəzeti həftəlik nəşrini davam etdirməklə yanaşı elektron olaraq gündəlik fəaliyyətə başlayıb. Hazırda isə online qəzet olaraq fəaliyyətini davam etdirir.
EM«Yüksəliş naminə» qəzetinin təsisçisi və baş redaktoru –  Məmməd Elçin Məmməd oğlu.
14 fevral 1978-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Həmin şəhərin 23 saylı orta ümumtəhsil məktəbini bitirib. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib və hazırda Litvanın Magnus Universitetinin Beynəlxalq Hüquq fakültəsində təhsilini davam etdirir. Kiçik yaşlarından ictimai-siyasi fəaliyyətə başlayıb. 1992-1998-ci illərdə «Turan» Gənclər Təşkilatının sədri olub. 1998-2004-cü illərdə «Millət», «İntibah», «Revanş» qəzetlərində müxbir və redaktor işləyib. 2000-ci ildən «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyinin prezidenti, 2005-ci ildən «Yüksəliş naminə» qəzetinin baş redaktorudur. 2004-cü ildə Bələdiyyə üzvlüyünə namizəd, 2005 və 2010-cu illərdə isə Parlament seçkilərində deputatlığa namizəd olub. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətin qaydaları, Ailə hüququ sahəsində hüquqi maarifləndirmə, Siyasətdə Gənclərin Rolu, İnkişaf edən demokratiya, İctimai maraqların dəstəklənməsi və s. mövzularda beynəlxalq təlim-seminarlarda iştirak edib. Sülh və Demokratiya Uğrunda Beynəlxalq Forumda (Türkiyə), Qara Dəniz Qeyri-hökumət təşkilatları (QHT) Forumunda (Rumıniya), Qara Dəniz 2007-2013-Əməkdaşlıq Forumunda (Ukrayna), Plüralist Demokratiyada QHT-lərin rolu beynəlxalq konqresində (Litva), Şərq Tərəfdaşlığı ölkələri gənclərinin demokratik proseslərdə fəallığı beynəlxalq konqresində (Polşa), Demokratiya Uğrunda Dünya Forumunda (Fransa), Avropa Şurası Parlament Assambleyasının sesiyasında (Fransa) Azərbaycanı təmsil edib. Elçin Məmməd müxtəlif kateqoriyadan olan və böyük əksəriyyəti müvəffəqiyyətlə nəticələnmiş çox sayda mülki işlərə və iqtisadi mübahisələrə məhkəmədə baxılmasında nümayəndə kimi iştirak edib. Hüququn müxtəlif sahələri üzrə, xüsusilə korporativ hüquq, müqavilə hüququ, əqli mülkiyyət hüququ, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmədə hüquqi yardım göstərilməsi sahəsində ixtisaslaşıb. Hazırda hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirir. İndiyə qədər 43 nəfər Sumqayıt şəhər müəllimlərinə insan hüquqları sahəsində təlimlər keçib və 526 nəfər aztəminatlı ailəyə pulsuz hüquqi yardımlar göstərib. 178 nəfərin məhkəmədə müdafiəsində birbaşa iştirak edib. 37 Qeyri-hökumət təşkilatının (QHT) yaranmasına hüquqi dəstək verib və 8 QHT-ni məhkəmədə müdafiə edib.
Qəzetin baş redaktor müavini – Elçin Həsənzadə
Qəzetin redaktoru – Rüfət Abasov
Qəzetin redaktoru – Səbinə Məmmədli
Qəzetin Belçika təmsilçisi – Həcər Abasova
Qəzetin Norveç təmsilçisi – Seymur Şirinov
Qəzetin Avstriya təmsilçisi – Bəhruz Babayev
Qəzetin Almaniya təmsilçisi – Elşən Ağayev
Qəzetin Almaniya təmsilçisi – Emil Quliyev
Qəzetin Çexiya təmsilçisi – Vüsal Teymurov
Qəzetin xüsusi müxbiri – Türkanə Əliyeva
indobokep rental mobil pontianak borneowebhosting bokep indonesia videongentot bokeper entotin bokepsmu videomesum bokepindonesia

2014 Copyright (c). YUKSELIS.INFO