Hüquq müdafiəçisi Elçin Məmməd 16 iyul tarixind səxsi facebook səhifəsində bəyanat yayıb. Bəyənatda deyilir:
Son günlər cəbhə bölgəsində baş vermiş vəziyyətlə bağlı BƏYANATIM
İyulun 12 – dən başlayaraq bir neçə gündür ki, davam edən Azərbaycan-Ermənistan dövlət sərhədin də yaranmış gərgin vəziyyət və ermənilərin təxribat cəhdləri bizi də hiddətləndirmişdir.
Ordumuz şəhidlər vermiş və mülki əhali yaralanmış, yaşayış evləri dağıdılmışdır.
Ermənistanın bu təxribatı 1949 cu il Cenevre Konversiyası da daxil olmaqla bir sıra beynəlxalq qurumların iştirakı ilə və təbii ki, Azərbaycanın qətiyyətli mövqeyi və xalqımızın səyləri nəticəsində erməni təxribatının qarşısı alınmışdır.
Ölkəsi də daxil olmaqla reytinq qazanmağa hesablanmış addımları ilə Ermənistanın hazırki hakimiyyəti çikrin niyyətini dəfələrlə biruzə vermişdi. Azərbaycanın səyləri nəticəsində BMT-nin xüsusi iclasının çağırılması təşəbbüsünə qarşı çıxan Ermənistanın bu çirkin əməlləri sübuta yetirilmişdir.
Azərbaycanın regionda artan nüfuzunu həzm edə bilmirlər. Təbii ki, bunlar erməni havadarlarını qıcıqlandırır və mənfur niyyətlərini həyata keçirirlər.
Əlbəttə uca xalqımız ermənilərin işğalçılıq siyasətinə uduzmayacaq və şanlı ordumuzla birgə işğal olunmuş torpaqlarımıza göz yummayacaqdır.
Uca xalqımız hər zaman şanlı ordumuzla birgə torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan dünyaya sübut etdi ki, hər zaman prinsipial mövqeyindən geri çəkilməyəcəkdir.
Belə bir vəziyyətdə xalqımıza qərəzli məlumatlar yaymamağa və həmrəylik nümayiş etdirməyə, hüquq müdafiə nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.
Elçin Məmməd
“Sumqayıt Gənclərinin Hüquqi Marifləndirilməsi ” ictimai birliyinin prezidenti.