Hazırda həbsdə olan QHT rəhbəri, hüquq müdafiəçisi Elçin Məmmədin məhkəməsi təxirə salınıb.Bu barədə onun vəkili Fariz Namazlı məlumat verib.Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə avqusrun 21 də davam etməli idi. Lakin penitensiar maşınının yolda xarab olduğu üçün məhkəmə baş tutmayıb. Bu səbəbdən Elçin Məmməd məhkəməyə gətirilə bilmədi.
Hadisənin hüquq müdafiəçisinə münasibətdən baş verdiyini yoxsa sıradan texniki problem olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Həmin gün zərərçəkmiş hesab edilən şəxsin , ofisdə axtarış aparan polis əməkdaşlarının və şahidlərin ifadələri dinlənilməli idi.
Qeyd edək ki, ötən prosesdə Elçin Məmməd yerli hüquq müdafiəçilərinə müraciət edib. Onun sözlərinə görə QHT rəhbəri kimi fəaliyyət göstərir və barəsində cinayət işi hüquq müdafiəçisi kimi fəaliyyətilə əlaqələndirilir. Buna baxmayaraq Elçin Məmməd məhkəmənin ədalətli qərar çıxaracağına inanır.
Xatırladaq ki, Elçin Məmməd bu ilin mart ayında həbs edilib. Ona qarşı oğurluqla və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. Hüquq müdafiəçisinin ofisinnən çıxan əşyalar ora əvvəlcədən yerləşdirilib.
Elçin Məmməd bu il keçirilmiş növbədən kənar parlament seçkilərində deputatlığa namizəd olub və favorit hesab edilib.
” Sumqayıt Gəncləri Hüququ Maarifləndirilməsi ” ictimai birliyinin mətbuat xidməti.